SEA BREEZE yaşayış kompleksinə avtomobillə cəmi 10–15 dəqiqəlik məsafədə, Nardaran qəsəbəsi, Ləhiş bağları, 26-cı dalanda 12 sot torpaq sahəsində yerləşən bağ evi satışa çıxarılıb. Ümumi sahəsi 220 m² olan ev 3 yataq otağı, 1 sanitar qovşaq, studio mətbəx və geniş terrasdan ibarətdir. Həyətin ərazisində 60-dan çox müxtəlif meyvə ağacı və şam ağacları mövcuddur. Ev yerdən kürsülü tikilmiş, qoça daşla inşa olunmuş, fundamentində beton kəmər istifadə edilmişdir. Tikinti zamanı keyfiyyətli materiallara üstünlük verilmişdir. Qaz, su və işıq təchizatı mövcuddur və daimidir. Torpaq sahəsinin çıxarışı (kupçası) var. 12 sot ərazidə yerləşən bağ evinin satış qiyməti 270.000 AZN, 6 sot ərazidə olan variantın qiyməti isə 230.000 AZN-dir. Ətraflı məlumat və mənzilə baxış üçün qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərsiniz. Ofis xidmət haqqı 1% təşkil edir.