Ayna Sultanova heykəlinin, Atatürk prospektinin və Güvən Klinikasının yaxınlığında yerləşən yeni tikili binada, 12-ci mərtəbədə, ümumi sahəsi 102 kv.m olan qanuni 3 otaqlı, tam təmirli və əşyalı mənzil satışa təqdim olunur.
Mənzil geniş və rahat planlaşdırılması ilə seçilir. Giriş hissəsi geniş hol, işıqlı və komfortlu qonaq otağı, 2 yataq otağı, mətbəx, 2 sanuzel və eyvandan ibarətdir. Mənzildə yaşayış üçün bütün şərait yaradılıb, təmir və mebel seçimi zövqlə həyata keçirilib. 
Binanın geniş həyəti, yeraltı qarajı və sakinlərin rahatlığı üçün əlverişli şəraiti mövcuddur. Ətrafında məktəblər, bağçalar, iaşə obyektləri, marketlər və gündəlik tələbat üçün lazım olan bütün infrastruktur yerləşir. 
Sənədləri tam qaydasındadır, çıxarışı (kupçası) mövcuddur və ipoteka ilə alışı mümkündür. Həm şəxsi yaşayış, həm də investisiya məqsədilə ideal seçimdir.
Ofis haqqı 1% təşkil edir.