Xətai metrosunun yaxınlığında, Megafun, Azure kompleksi və Qənimətlər Parkının ətrafında yerləşən yeni tikili binanın 3-cü mərtəbəsində ümumi sahəsi 120 m² olan, 3 otaqlı, tam təmirli və əşyalı ofis satışa təqdim olunur.
Ofisin giriş hissəsi resepsion (qəbul) zalından ibarətdir. Daxilində 1 geniş konfrans otağı, 1 işçi otağı, 2 eyvan, ayrıca mətbəx və sanuzel mövcuddur. Ofis rahat, funksional və iş fəaliyyəti üçün əlverişli şəkildə qurulmuşdur. Su və işıq daimidir, sənədləri tam qaydasındadır, çıxarışı (kupçası) mövcuddur.
Yerləşmə baxımından əlverişli ərazidə olması, metroya yaxınlığı, tam təmirli və əşyalı vəziyyətdə təqdim edilməsi bu ofisi həm biznes fəaliyyəti, həm də yatırım məqsədilə ideal və perspektivli seçimə çevirir.
Ofis haqqı 1% təşkil edir.